Суббота, 04.05.2024, 09:56
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 27 » İki azyaşlı uşağının qətlində təqsirləndirilən Lerik sakininin cinayət içi üzrə növbəti məhkəmə prosesi keçirilib
16:17
İki azyaşlı uşağının qətlində təqsirləndirilən Lerik sakininin cinayət içi üzrə növbəti məhkəmə prosesi keçirilib


Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı övladını boğaraq öldürməkdə təqsirli bilinən Lerik rayon sakini, 1976-cı il təvəllüdlü Əmrah Xıdır oğlu Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçən proses əsasən, cinayət işi üzrə sənədlərin elan olunması ilə davam etdirilib. İş üzrə növbəti məhkəmə prosesi isə martın 30-na təyin olunub.

Qeyd edək ki, Lerikin Kürdəsər kənd sakini, 1976-cı il təvəllüdlü Əmrah Süleymanovun iki azyaşlı uşağı - 2 yaşlı Dilbər və 1 yaşlı Filizin meyitləri ötən il oktyabrın 22-də səhər saatlarında yataqlarında aşkarlanıb. Araşdırmalar zamanı uşaqların ataları tərəfindən boğularaq öldürüldüyü məlum olub. Ə. Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.7 və 120.2.9-cu) maddələri ilə cinayət işi açılıb.
Просмотров: 248 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031