Суббота, 27.04.2024, 08:58
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 13 » İki azyaşlı övladını boğaraq qətlə yetirən Lerik rayon sakini məhkəmədə peşman olduğunu bildirib
17:35
İki azyaşlı övladını boğaraq qətlə yetirən Lerik rayon sakini məhkəmədə peşman olduğunu bildirib


Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı övladını boğaraq öldürməkdə təqsirləndirilən Lerik rayon sakini Əmrah Xıdır oğlu Süleymanovun cinayət işi üzrə məhkəməsi prosesi davam etdirilib.


APA-nın Cənub bürosunun məlumatına görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçən prosesdə şahidlər, o cümlədən təqsirləndirilən şəxsin həyat yoldaşı Əntiqə Xankişiyeva, yaxın qohumları, həmçinin təqsirləndirilən şəxs və vəkili, eləcə də dövlət ittihamçısının çıxışları dinlənilib. Zərərçəkən Əntiqə Xankişiyeva ərinin iki azyaşlı qızının ölümündə təqsirkar olması faktını bir daha təsdiqləyib. Ə.Süleymanov isə övladlarını çox sevdiyini, hadisə baş verən gün içkili vəziyyətdə olduğu üçün onları boğaraq öldürdüyünü, indi buna görə böyük peşmançılıq hissi çəkdiyini bildirib.

Proses fevralın 17-də davam etdiriləcək.

Qeyd edək ki, Lerikin Kürdəsər kənd sakini, 1976-cı il təvəllüdlü Əmrah Süleymanovun iki azyaşlı uşağı - 2 yaşlı Dilbər və 1 yaşlı Filizin meyitləri ötən il oktyabrın 22-də səhər saatlarında yataqlarında aşkarlanıb. Araşdırmalar zamanı uşaqların ataları tərəfindən boğularaq öldürüldüyü məlum olub. Ə.Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.7 və 120.2.9-cu) maddələri ilə cinayət işi açılıb.
Просмотров: 267 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829