Понедельник, 06.05.2024, 21:41
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 30 » İki azyaşlı övladını boğaraq öldürən Lerik rayon sakininin məhkəməsi başlayıb
15:32
İki azyaşlı övladını boğaraq öldürən Lerik rayon sakininin məhkəməsi başlayıb


Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı övladını boğaraq öldürməkdə təqsirləndirilən Lerik rayon sakini, 1976-cı il təvəllüdlü Əmrah Xıdır oğlu Süleymanovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçən iclasda məhkəmə baxışı fevralın 13-ə təyin olunub.


Qeyd edək ki, rayonun Kürdəsər kənd sakini, 1976-cı il təvəllüdlü Əmrah Süleymanovun iki azyaşlı uşağı - 2 yaşlı Dilbər və 1 yaşlı Filizin meyitləri ötən il oktyabrın 22-də səhər saatlarında yataqlarında aşkarlanıb. Araşdırmalar zamanı uşaqların ataları tərəfindən boğularaq öldürüldüyü məlum olub. Ə. Süleymanov istintaqa ifadəsində bildirib ki, oktyabrın 21-də sərxoş vəziyyətdə olub, evdə həyat yoldaşı ilə dalaşıb və onu döyüb. Evdəki davadan qorxuya düşən uşaqlar qışqırıblar. Bu zaman ata yastıqla onların ağzından basaraq boğub öldürüb. Bundan sonra Ə.Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.7 və 120.2.9-cu) maddələri ilə cinayət işi açılıb.

Просмотров: 258 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031