Среда, 08.05.2024, 00:47
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 3 » Hüseynovdan başlayan ənənə Hüseynovla davam edəcəkmi?
13:36
Hüseynovdan başlayan ənənə Hüseynovla davam edəcəkmi?


Həftəsonu keçiriləcək qarşılaşmalarla Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək. "Xəzər Lənkəran” mövsümə "Rəvan”a qarşı matçla başlayacaq. Bu, komandalar arasında 3-cü qarşılaşma olacaq. Ötən mövsüm elitada debüt edən paytaxt təmsilçisi ilə əvvəlki 2 görüşdə qalib müəyyənləşməyib. Belə ki, hər 2 matçda komandalar hərəyə 1 qol vurub və 1 xalla kifayətlənib. Avqustun 5-dəki səfər matçında komandamız bu tarazlığı öz tərəfinə dəyişməyə çalışacaq.
 
2011/12   27.08.2011   Çempionat   RƏVAN (Bakı)   s   1:1
2011/12   19.11.2011   Çempionat   RƏVAN (Bakı)   e   1:1
 
"Xəzər Lənkəran” özünün Premyer Liqadakı 9-cu mövsümünü Yunis Hüseynovla başlayacaq. Ötən çempionatın gedişində bu posta təyin olunan mütəxəssis ilk dəfə komandamızı starta çıxarıb. O, həm də ilk dəfə "Rəvan”la görüşəcək.
 
Əvvəlki mövsümlərə "Xəzər Lənkəran” 4 fərqli məşqçi ilə başlamışdı. Nazim Süleymanov (2004/05), Rasim Kara (2005/06, 2008/09), Ağasəlim Mircavadov (2006/07, 2007/08, 2009/10), Mirça Rednikdən sonra (2010/11, 2011/12) Hüseynov komandamızı ilk oyuna çıxaracaq 5-ci mütəxəssis olacaq.
 
Start oyunları ilə bağlı uğurlu tendensiya müşahidə olunur. Belə ki, "Xəzər Lənkəran” son 3 start oyununda istisnasız qələbələr qazanır. Ümumiyyətlə isə komandamız çempionatdakı ilk oyunu kimi tarixə düşən 8 qarşılaşmadan 6-da qələbə qazanıb. Yeganə heç-heçə 2004, yeganə məğlubiyyət 2008-ci ildə qeydə alınıb. Məhz həmin məğlubiyyətdən sonra hər dəfə "Xəzər Lənkəran” ilk oyunda qələbə qazanır.
 
Ənənə öncəsi son xal itkisi, yeganə məğlubiyyət isə "Karvan”dan alınıb. Həmin məğlubiyyətin memarı isə indi "Xəzər Lənkəran”ı çalışdıran Yunis Hüseynovdur. Məhz o, yeganə baş məşqçidir ki, "Xəzər Lənkəran”ın ilk oyununda qələbəyə sevinib.
 
2004/05   07.08.2004   TURAN (Tovuz)          s   1:1
2005/06   12.08.2005   OLİMPİK (Bakı)           s   2:0
2006/07   11.08.2006   NEFTÇİ (Bakı)            e   2:1
2007/08   12.08.2007   KARVAN (Yevlax)       s   1:0
2008/09   10.08.2008   KARVAN (Yevlax)       s   0:1
2009/10   21.08.2009   İNTER (Bakı)              e   1:0
2010/11   07.08.2010   QƏBƏLƏ (Qəbələ)    e   1:0
2011/12   06.08.2011   SUMQAYIT-ŞƏHƏR   e   2:1
Просмотров: 219 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031