Воскресенье, 28.04.2024, 22:22
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 29 » Hirkan Milli Parkında Qafqaz bəbirinin görüntüsü qeydə alınıb
12:07
Hirkan Milli Parkında Qafqaz bəbirinin görüntüsü qeydə alınıb


Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı daha bir Qafqaz bəbiri qeydə alınıb.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bəbirin fotoşəkli Hirkan Milli Parkında quraşdırılmış foto-tələlər vasitəsilə çəkilib.

 

Sentyabrın 6-da Həsən Əliyev adına Zəngəzur Milli Parkının cənub hissəsində quraşdırılmış foto-tələlər vasitəsilə Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı bəbirin ilk fotoşəkli çəkilmişdi.
 

Bu faktlar son illərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına real nümunə hesab olunur və nəticə etibarilə bəbirin yaşaması, onun qida obyektləri olan iri dırnaqlı heyvanların (beoar keçi, muflon və s.) sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir. Son illər Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən "Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verib. Aparılan tədbirlərin nəticəsidir ki, son zamanlar Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində bəbirlər özlərini daha təhlükəsiz hiss edərək sərbəst yaşayır və tez-tez müşahidə olunurlar.

Просмотров: 240 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930