Суббота, 04.05.2024, 12:37
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 25 » Həzi Aslanovun doğum günü və həlak olmasının ildönümü ilə əlaqədar xatirə mərasimi keçirilib
15:11
Həzi Aslanovun doğum günü və həlak olmasının ildönümü ilə əlaqədar xatirə mərasimi keçirilib



Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun doğum günü və həlak olmasının ildönümü ilə əlaqədar xatirə mərasimi keçirilib. Bu barədəAPA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Tədbir iştirakçıları - əsgər, kursant və zabitlər, qəhrəmanın ailə üzvləri, eləcə də veteran və gənclər təşkilatlarının nümayəndələri əvvəlcə Şəhidlər Xiyabanında general H. Aslanovun məzarını ziyarət edərək, abidə-kompleksinin önünə Müdafiə Nazirliyi adından əklillər qoyublar.

 

Sonra Təlim və Tədris Mərkəzinin meydanında general Həzi Aslanov abidəsi qarşısında təşkil edilmiş foto-sərgiyə baxış olub.

 

Xatirə mərasimində Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi, Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani qəhrəmanın həyat və döyüş yolu barədə mərasim iştirakçılarına məlumat verib. Sənədli və bədii filmlərdən fraqmentlər nümayiş olunub. Xatirə mərasimində Aslanovlar ailəsi adından qəhrəmanın nəvəsi, polis general-mayoru Həzi Aslanov çıxış edib.


Просмотров: 239 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031