Понедельник, 06.05.2024, 17:56
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 20 » Güclü qar yağması nəticəsində Lerik rayonunun 70-ə yaxın kəndi işıqsız qalıb
20:32
Güclü qar yağması nəticəsində Lerik rayonunun 70-ə yaxın kəndi işıqsız qalıb


Azərbaycanın dağlıq Lerik rayonuna güclü qar yağıb. Rayonun Şivlə kənd sakini Cəmşid Ağayevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, dünən axşamdan yağmağa başlayan qarın qalınlığı artıq 80-90 santimetrə çatıb. Qarın ağırlığından Şingədulan kəndindəki elektrik yarımstansiyası qəza vəziyyətinə düşüb, onlarla elektrik dirəyi aşıb, naqillər qırılıb. Güclü qar həmçinin nəqliyyatın hərəkətini də iflic vəziyyətə saldığından yaşayış məntəqələrinin bir-biri ilə əlaqəsi kəsilib.

Lerik Rayon Icra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov da APA-nın yerli bürosuna açıqlamasında bu dağlıq yaşayış məntəqəsinə güclü yağıntının düşdüyünü, nəticə etibarı ilə rayonun elektrik təsərrüfatına ciddi ziyan dəydiyini bildirib. Onun sözlərinə görə, həyata keçirilən bərpa işləri sayəsində rayon mərkəzi də daxil olmaqla, əksər yaşayış məntəqələrinə enerjinin verilişi təmin olunub. Bununla belə 70-ə yaxın kənd hələ də işıqsız qalıb. H.Məlikov hava şəraitinin imkan verəcəyi təqdirdə digər yaşayış məntəqələrinə də enerji verilişinin tez bir zamanda bərpa olunacağını qeyd edib.
Hazırda rayonda qar yağmaqda davam edir.
Просмотров: 276 | Добавил: apacenub | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031