Вторник, 07.05.2024, 21:02
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 6 » Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi keçirilib
09:06
Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi keçirilib


Ötən gün Dövlət  Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Təlim-Tədris Mərkəzində gənc sərhədçilərin andiçmə mərasimi keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, valideynlərin, ictimaiyyət nümayəndələrinin və kütləvi informasiya vasitələri əməkdaşlarının iştirak etdikləri mərasimdə DSX-nin şəxsi heyət üzrə baş idarəsinin rəisi, general-mayor Məhəmməd Abasquliyev əlamətdar hadisə münasibətilə gənc əsgərlərə təbrikini çatdıraraq, onlara Vətənə sədaqətlə xidmət etməyi, sərhədlərimizi göz bəbəyi kimi qorumağı tövsiyə edib. Mərasimdə DSX-nın rəisi, general-leytenant Elçin Quliyevin  gənc əsgərlərə ünvanlanmış təbrik məktubunun mətni oxunub. Daha sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

         Mərasim şəxsi heyətin təntənəli marşın sədaları altında nizamlı addımlarla tribunanın önündən keçməsi ilə başa çatıb.

Просмотров: 298 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031