Вторник, 07.05.2024, 22:49
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 30 » Fövqəladə Hallar Nazirliyi Lerik rayonunda kompleks mülki müdafiə təlimi keçirib
15:42
Fövqəladə Hallar Nazirliyi Lerik rayonunda kompleks mülki müdafiə təlimi keçirib


Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Regional Mərkəzi avqustun 28-dən 30-a kimi Lerik rayonunda 3 günlük kompleks mülki müdafiə təlimləri keçirib. APA-nın Cənub bürosunun məlumatına görə, son təlim bu gün rayonun Əliabad kəndində yerləşən keçmiş üzüm emalı zavodu ərazisində baş tutub.   Təlim prosesi zamanı zəlzələdən sonra zavod ərazisində olan çənlərdə şərti olaraq partlayış olub, nəticədə isə ərazidəki tikililər dağılıb və yanğın baş verib. Təlimata uyğun olaraq ilk növbədə mülki müdafiə qüvvələri hadisə baş verən ərazinin mühafizəsini təşkil edib, əraziyə giriş-çıxış məhdudlaşdırılıb. Bundan sonra baş verən yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş verən obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış – xilasetmə, zərərçəkmişlərə ilk tibbi yardım göstərilməsi, epidemiya və epizootiyaya qarşı mübarizə, habelə adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqlar yerinə yetirilib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, tədbirə 233 nəfərlik şəxsi heyət, 33 maşın cəlb olunub. Mülki müdafiə tədbirlərində rayon rəhbərləri, mülki müdafiə qərargahının rəisi və digər vəzifəli şəxslər iştirak edib. Təlimin keçirilməsində əsas diqqət komandir – rəis heyətinin idarəetmə bacarıqlarına, mülkü müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
 
Просмотров: 257 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031