Среда, 24.04.2024, 02:12
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 20 » Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Astarada vətəndaşları qəbul edib
19:05
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Astarada vətəndaşları qəbul edib
 
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Astara Rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulunu keçirib.

 

APA-nın cənub bürosunun məlumatına görə, qəbulda Astara ilə yanaşı, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

 

Vətəndaşlardan 24 nəfərinin müraciətini şəxsən özü dinləyən K.Heydərov onların əksəriyyətinin yerindəcə həlli üçün müvafiq tapşırıqlarını verib.

 

Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi aidiyyəti strukturların rəhbərlərinə həvalə olunub.

 

Bundan başqa, kadr məsələləri ilə bağlı 215, digər məsələlərlə bağlı müraciət etmiş 231 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Просмотров: 272 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728