Среда, 01.05.2024, 05:37
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 9 » Evlərdən oğurluq edən Lənkəran sakini tutulub
16:35
Evlərdən oğurluq edən Lənkəran sakini tutulub

 

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda evlərdən oğurluq edən şəxs saxlanılıb. Bunu APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Toğrul Hüseynov bildirib. Onun sözlərinə görə, Lənkəran şəhər sakini, 1986-cı il təvəllüdlü Vüqar Bəhraməli oğlu Rəcəbov özgə əmlakını gizli yolla talamaq məqsədi ilə ayrı-ayrı vaxtlarda vətəndaşların mənzillərindən 1600 manat məbləğində məişətdə və tikintidə işlədilən avadanlıqları oğurlayaraq mənimsəyib. Polis Vüqar Rəcəbovu saxlayana qədər o, oğurladığı malların bir qismini satmağa müvəffəq ola bilib. Yerdə qalan mallar isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Просмотров: 226 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031