Пятница, 26.04.2024, 11:32
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 19 » ETSN: Lənkəran-Lerik yolundakı bütün uçqun və sürüşmə sahələri aktiv fazadadır
18:04
ETSN: Lənkəran-Lerik yolundakı bütün uçqun və sürüşmə sahələri aktiv fazadadır

“Lənkəran-Lerik yolundakı bütün uçqun və sürüşmə sahələri aktiv fazadadır. Yay aylarını çıxmaq şərtilə hər il həmin əraziyə ilin bütün fəsillərində həddindən çox atmosfer yağıntıları düşür. Bunun da nəticəsində sürüşmə sahələrində aktivləşmə baş verir”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, ən böyük sürüşmə sahəsi Lənkəran-Lerik şose yolunun 17-ci kilometrliyindədir: “Lənkərandan Lerikə, şəhərin mərkəzinə qədər yolun uzunluğu 54 kilometrdir. Yolda ən böyük sürüşmə sahəsi 17-ci kilometrlikdədir. Bundan başqa, 27-ci, 29-cu, 34-cü və 40-cı kilometrliklərdə yamacda müəyyən aşınmalar baş verir”.

Qeyd edək ki, fevralın 17-dən başlayan intensiv yağışlar və qar Lənkəran-Lerik şosesində yenidən torpaq sürüşmələrinə səbəb olub.

Просмотров: 235 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728