Понедельник, 06.05.2024, 21:33
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 31 » Erməni əsirliyində olan azərbaycanlı hərbçi: “Özüm də bilmirəm, necə əsir düşdüm, qayıtmaq istəyirəm”
18:23
Erməni əsirliyində olan azərbaycanlı hərbçi: “Özüm də bilmirəm, necə əsir düşdüm, qayıtmaq istəyirəm”


Yanvarın 23-də Ermənistan hərbçiləri tərəfindən Tərtər rayonu ərazisində əsir götürülmüş Azərbaycan hərbçisi Məmmədbağır Axundzadənin ailəsinə göndərdiyi məktubun məzmunu açıqlanıb.


Bu barədə APA-ya əsirin atası Talıb Axundzadə bildirib. Onun sözlərinə görə, Məmmədbağır məktubunda sağ-salamat olduğunu yazıb: "Mən yaxşıyam. Sağ-salamatam. Özüm də bilmirəm, necə əsir düşmüşəm. Qayıtmaq istəyirəm. Çox istəyirəm ki, qayıdım”.


T. Axundzadə bildirib ki, ailəsi də Məmmədbağıra məktub yazaraq, onu gözlədiklərini bildirib: "Ata-anan, bütün qohumlar, qonşular yolunu səbirsizliklə gözləyirik. Allahın köməyi ilə sağ-salamat qayıtmağını istəyirik”.

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.


Просмотров: 225 | Добавил: apacenub | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031