Суббота, 27.04.2024, 10:25
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 6 » Erməni əsirliyində olan Azərbaycan hərbçisinin ailəsinə göndərdiyi məktubun məzmunu açıqlanıb
20:14
Erməni əsirliyində olan Azərbaycan hərbçisinin ailəsinə göndərdiyi məktubun məzmunu açıqlanıb


Yanvarın 23-də Ermənistan hərbçiləri tərəfindən Tərtər rayonu ərazisində əsir götürülmüş Azərbaycan hərbçisi Məmmədbağır Axundzadənin ailəsinə göndərdiyi növbəti məktubun məzmunu açıqlanıb.


Bu barədə APA-ya əsirin atası Talıb Axundzadə bildirib. Onun sözlərinə görə, məktub qısa yazılıb: "Mən sağ-salamatam. Özünüzdən muğayat olun. Məndən narahat olmayın”.

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib. BQXK nümayəndələri yanvarın 26-sı, 30-u və fevralın 2-də M. Axundzadəyə baş çəkiblər.


Просмотров: 245 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829