Суббота, 04.05.2024, 18:37
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 31 » Ekologiya və təbii sərvətlər naziri Masallıda vətəndaşları qəbul edib
20:21
Ekologiya və təbii sərvətlər naziri Masallıda vətəndaşları qəbul edib



Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Masallı şəhərində yerləşən Gənclər Evində Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşları qəbul edib. APA-nın cənub bürosunun məlumatına görə, görüşdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri də iştirak edib.

 

Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 40-dan artıq vətəndaşın şikayət və təklifləri dinlənilib,  müraciətlərinə baxılıb.

 

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək, onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir vətəndaşın müraciətinin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Müraciətlərin bir hissəsi isə elə yerindəcə öz həllini tapıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Просмотров: 223 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031