Среда, 01.05.2024, 18:36
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Апрель » 9 » Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Lənkəranda cənub bölgəsinin sakinlərini qəbul edib
19:10
Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Lənkəranda cənub bölgəsinin sakinlərini qəbul edib



Lənkəran. Ağəddin Babayev – APA. Aprelin 9-da Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Lənkəranda cənub bölgəsinin bir qrup sakinini qəbul edib. APA-nın yerli bürosunun məlumatına görə, rəhbərlik etdiyi qurumun idarə və departamentlərinin iştirakı ilə keçən qəbul zamanı H.Bağırov Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan 50-dək vətəndaşın şikayət, təklif və müraciətlərini dinləyib.

Qəbulda ətraf mühitin və ekoloji tarazılığın mühafizəsi, meşələrin qorunması, hidrometrologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və bu kimi məsələlər daha çoxluq təşkil edib. Vətəndaşların şikayət və təkliflərini diqqətlə dinləyən nazir onları narahat edən bəzi məsələlərin yerindəcə həll olunmasını müvafiq təşkilat rəhbərlərinə tapşırıb. Şikayət xarakterli digər müraciətlər isə araşdırılaraq tədbir görülməsi və adiyyatı qurumlara çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülüb.               

Ekologiya və Təbii Sərvətlər naziri jurnalistlərə verdiyi müsahibəsində son zamanlar cənub bölgəsində ekoloji tarazılığın və təbii sərvətlərin qorunması sahəsində müəyyən işlərin görüldüyünü bildirərək Hirkan Milli Parkının yaranmasından sonra bu sahəyə diqqətin daha da gücləndirildiyini vurğulayıb.

Lənkəran-Lerik şosesində baş vermiş torpaq sürüşmələrinə münasibət bildirən H.Bağırov bu ərazidə yol tikintisi aparılarkən mühəndis-geoloji tələblərə ciddi riayət olunmasının zəruriliyini qeyd edib:”Bəzi hallarda isə yerli sakinlər meşə ərazisinin yamaclarını hamarlayaraq həmin sahədə özlərinə fərdi evlər tikirlər. Belə bir vəziyyət son nəticədə torpaq sürüşmələrinə rəvac verir”.

 

 

 

Просмотров: 301 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Апрель 2013  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930