Вторник, 07.05.2024, 08:27
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 16 » Dünən boğulmuş Lənkəran sakinin cəsədi bu gün sudan çıxarılıb
11:58
Dünən boğulmuş Lənkəran sakinin cəsədi bu gün sudan çıxarılıb


      Lənkəranda bədbəxt hadisə baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, rayonun Digah kənd sakini, 56 yaşlı həvəskar balıqçı Ziyafət Nəriman oğlu Bağırov Osakucə kəndindəki Fəttah Gez adlanan suni göldə balıq tutarkən ehtiyatsızlıqdan  suya düşüb. Üzməyi bacarmayan 30 ilin balıqçısı lal-kar olduğundan köməyə heç kimi çağıra bilməyib və nəticədə boğulub.Hadisə barədə onun yaxınları yalnız axşam düşərkən xəbər tutublar. Ziyafət Bağırovun  meyitini  göldən əvvəl kənd sakinləri və yaxınları  çıxarmağa çalışsalar da, bu, heç bir nəticə verməyib.  Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri çağırılıb. Qaranlıq olduğundan xilasedicilər axtarışlara səhər saatlarından başlayacaqlarını bəyan ediblər.  Nəhayət ki, bu gün saat 10.30 radələrində  həvəskar balıqçının cəsədi gölün 9  metrlik dərinliyindən  aşkarlanaraq yaxınlarına təhvil verilib.

      Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Просмотров: 246 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031