Воскресенье, 05.05.2024, 18:17
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Февраль » 7 » Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Cəlilabadda vətəndaşları qəbul edib
15:10
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Cəlilabadda vətəndaşları qəbul edib



Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Cəlilabadın Göytəpə şəhərindəki Göytəpə sərhəd dəstəsində Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayonlarının sakinləri ilə görüşüb. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

 

Qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

 

Vətəndaşların müraciətləri, şikayət və təklifləri, qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə tapşırıqlar verilib.

 

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.

Просмотров: 325 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2014  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
2425262728