Вторник, 07.05.2024, 12:29
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 17 » Dövlət Komitəsi: Azərbaycanda bu ilin 6 ayı ərzində 33 qadın, 29 uşaq intihar edib
15:35
Dövlət Komitəsi: Azərbaycanda bu ilin 6 ayı ərzində 33 qadın, 29 uşaq intihar edib


Ötən il Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin sayı 4280 olub. Bu ilin 6 ayında isə bununla əlaqədar 820 fakt qeydə alınıb. APA-nın cənub bürosunun xəbərinə görə, xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Aynur Sofiyeva deyib.   

AQUPDK sədrinin müavini komitənin təşkilatçılığı ilə Lerikdə "Məişət zorakılığının ailədaxili münasibətlərə təsiri” və "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun təbliği ilə bağlı keçirilən regional seminarda çıxışında ölkədə məişət zorakılığına dair faktlara hələ də rast gəlindiyini narahatlıqla diqqətə çatdırıb. 

A.Sofiyeva deyib ki, ötən il Azərbaycanda erkən nikahların sayı 5000-dən çox olub. Məişət zorakılığını çox vaxt ailə-məişət münaqişəsi kimi qiymətləndirildiyini bildirən A. Sofiyeva nəticə etibarı ilə bunun bəzi hallarda qadınlar və uşaqlar arasında intihar hadisələrinin baş verməsinə səbəb olduğunu, ötən il qadınlar tərəfindən 87, uşaqlar tərəfindən isə 28 intihar hadisəsinin qeydə alındığını qeyd edib. Onun sözlərinə görə, bu ilin 6 ayında isə intihar faktı qadınlar arasında 33, uşaqlar arasında 29-a çatıb.
 
Просмотров: 232 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031