Вторник, 07.05.2024, 09:36
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 1 » Dövlət başçısı İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərararası avtomobil yolunun açılışında iştirak edib
11:52
Dövlət başçısı İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərararası avtomobil yolunun açılışında iştirak edib


Azərbaycan prezidenti İlham Əliyev dünən Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərararası avtomobil yolunun açılışında iştirak edib. APA-nın xəbərinə görə, dövlətimizin başçısı əvvəlcə yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.  
Məlumat verilib ki, 17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı yolu 14 yaşayış massivinin 24 min sakininin yol probleminin həllinə böyük təsir göstərəcək. Vaxtilə yalnız yay aylarında istifadəsi mümkün olan bu yol artıq müasir standartlar səviyyəsində tamamilə yenidən qurulub. Prezident İlham Əliyevin 2012-ci il 9 mart tarixli Sərəncamına əsasən çəkilmiş yolun inşasına dövlət tərəfindən üç milyon manat vəsait ayrılıb. Tikinti işlərini "İnşaat Servis YKT” MMC həyata keçirib. Sonra Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib.
Diqqətə çatdırılıb ki, dördüncü dərəcəli avtomobil yolunun eni səkkiz metrdir. Ərazidən asılı olaraq yolun 5,2–6 metrini asfalt örtüyü, iki metrini isə çiyin hissələri təşkil edir. Avtomobillərin sürət həddinin saatda 50-100 kilometr müəyyənləşdirildiyi yolda 32 su keçidi, 3 körpü sistemli suötürücü qurulub. 

Prezident İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı yolunda sakinlərlə görüşüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Prezident İlham Əliyev yeni yolun açılışı münasibətilə sakinləri təbrik edib, tapşırıq və tövsiyələrini verib.
 
Просмотров: 226 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031