Вторник, 07.05.2024, 05:33
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 18 » Daxili orqanlarında heroin keçirən qadınlara hökm oxunub
17:44
Daxili orqanlarında heroin keçirən qadınlara hökm oxunub


Lənkəran Ağır Cinayətlər Məhkəməsində Məmmədova Səriyyə Məcid qızı və İsayeva Xanım Əflatun qızının məhkəməsi başa çatıb.

İrandan gələn Səriyyə Məmmədova və Xanım İsayevanın üzərində şəxsi yoxlama aparılıb.

S.Məmmədovanın üzərində aparılmış yoxlama nəticəsində, onun daxili orqanından şəffaf polietilenə bükülü 1 ədəd yumru-uzunsov formalı bağlamada xalis çəkisi 119.778 qram olan narkotik vasitə heroin və İsayevanın üzərində aparılmış şəxsi yoxlama nəticəsində isə daxili orqanından şəffaf polietilenə bükülü 1 ədəd yumru-uzunsov formalı bağlama da olmaqla, xalis çəkisi 97.256 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsini qaçaqmalçılıq və külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olma maddələri ilə təqsirli bilinən Səriyyə Məmmədova 7 il 6 ay və Xanım İsayeva 6 il 7 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib.
Просмотров: 251 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031