Вторник, 07.05.2024, 06:02
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Октябрь » 25 » Çoban Xanışın nəvəsinin toyu olub
13:31
Çoban Xanışın nəvəsinin toyu olub



Lerik Rayon İcra Hakimiyyətinin (RİH) təşəbbüsü ilə oktyabrın 24-də Lerik şəhərindəki "Nur” Şadlıq Sarayında tanınmış çoban Xanış Şahıyevin nəvəsi - Qarabağ döyüşlərində şəhid olmuş Camal Xanış oğlu Şahıyevin övladı Qorxmaz Şahıyevin toy-ziyafət mərasimi keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, toyda RİH-nin başçısı Rövşən Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edərək, gənclərə xeyir-dualarını veriblər. Ailə quran gənclərə RİH  tərəfindən hədiyyələr də təqdim olunub.

Lerik rayonundan Milli Məclisinin deputatı seçilmiş İqbal Məmmədov isə yeni ailə quran cütlüyü onlar üçün hədiyyə aldığı məişət əşyaları ilə sevindirib.

Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən 2007-ci ildə şəhidin ailəsinə Lerik şəhərində 3 otaqlı mənzil verilib. 2012-ci ildə müraciəti nəzərə alınaraq Qorxmaz Şahıyev RİH tərəfindən daimi işlə təmin edilib.

Məlumat üçün onu da əlavə edək ki, Xanış Kamil oğlu Şahıyev  1932-ci ildə Lerik rayonunda doğulub boya-başa çatıb. Atası İkinci Dünya Müharibəsində həlak olub. Yetim qalmış Xanış qardaş və bacılarını dolandırmaq üçün erkən yaşlarından zəhmətə qatlaşıb. Buna görə təhsil almağa imkanı olmayıb. 22 övladından ikisi Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Xanış kişini ümummilli lider Heydər Əliyev şəxsən tanıyırdı və onlar yaxın dost idilər. Xanış Şahıyev 2009-cu ilin aprelində vəfat edib.

 

Просмотров: 329 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Октябрь 2012  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031