Понедельник, 29.04.2024, 01:41
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 4 » Cənub bölgəsində QİÇS xəstələrinin sayı 591-ə çatıb
18:37
Cənub bölgəsində QİÇS xəstələrinin sayı 591-ə çatıb



Azərbaycanın cənub bölgəsində - Lənkəran, Astara, Masallı, Yardımlı, Lerik, Cəlilabad və Biləsuvarda QİÇS xəstələrinin sayı artıb. Bu barədə  Lənkəran regional HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov məlumat verib.  


Rəmiəli İbişov bildirib ki, 2011-cu ilin sonunda QİÇS xəstələrinin sayı bölgədə 531 idisə, hazırda bu rəqəm 591-ə çatıb. Onlardan 274-ü Lənkəran, 146-sı Astara, 119-u Masallı, 39-u Cəlilabad,  9-u Lerik, 4-ü Yardımlı rayon sakinləridir. Onun sözlərinə görə cari ilin 9 ayında isə bölgədə QİÇS-ə yoluxmuş 60 xəstə aşkar edilib ki, bunların da 43 u kisi 17 si isə qadındır.

Aşkar edilmiş xəstələrin ən çoxu 26 nəfər olmaqla Lənkəranda, 12 nəfər olmaqla Astarada, 19 nəfər olmaqla Masallıda, 2 nəfər olmaqla Cəlilabadda, 1 nəfər Lerikdə qeydə alınıb.  

Lənkəranda indiyədək 54, cari ilin 9 ayında isə 2 QİÇS-li xəstə dünyasını dəyişib.    


Просмотров: 202 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930