Понедельник, 29.04.2024, 00:27
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 30 » Cənub bölgəsində QİÇS xəstələrinin sayı 565-ə çatıb
17:31
Cənub bölgəsində QİÇS xəstələrinin sayı 565-ə çatıb



Azərbaycanın cənub bölgəsində QİÇS xəstələrinin sayı artıb. Bu barədə  Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) HİV/QİÇS diaqnostikası laboratoriyasının müdiri Rəmiəli İbişov məlumat verib.  

R.İbişov deyir ki, hazırda Lənkəran, Astara, Masallı, Yardımlı, Lerik, Cəlilabad və Biləsuvarda 565 QİÇS xəstəsi var. 2011-ci ilin sonunda QİÇS xəstələrinin sayı bölgədə 550 olub.

Ümumilikdə bölgə üzrə aşkar edilmiş xəstələrin ən çoxu 262 nəfər olmaqla Lənkəranda, 134 nəfər Astarada, 117 nəfər Masallıda qeydə alınıb. Bu göstərici Cəlilabadda 38, Lerikdə 8, Yardımlıda 4-dür.

Laboratoriyadan bildiriblər ki, cari ilin 6  ayında bölgə üzrə qanlarında müayinə aparılmış 15 min 500 nəfərin 34-də (26-sı kişi, 8-i qadın) QİÇS virusu aşkar edilib. Həmin xəstələrin 15 nəfəri (11 nəfəri kişilər, 4-ü qadın) Lənkəran, 6 nəfəri  (6-sı da kişi) Astara, 13 nəfəri (9-u kişi, 4-ü qadın) Masallı sakinləridir.  

İndiyədək Lənkəranda QİÇS-dən dünyasını dəyişənlərin sayı isə 62 nəfər olub ki, onlardan 3-ü 2012-ci ilin 6 ayında qeydə alınıb.

Müsahibimizin sözlərinə görə, QİÇS-ə yoluxanların 65-70 faizi narkotik aludəçiləridir.

Просмотров: 257 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031