Среда, 08.05.2024, 05:24
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 28 » Cənub bölgəsində “Erkən nikaha yox deyək” layihəsinin icrasına başlanılıb
14:14
Cənub bölgəsində “Erkən nikaha yox deyək” layihəsinin icrasına başlanılıb


"İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi cənub bölgəsində ictimai məsuliyyətin artırılmasına yönələn "Erkən nikaha yox deyək” adlı layihənin icrasına başlayıb. Gənclər Fondunun  təşkilati və maliyyə dəstəyi ilə həyata keçirilən layihənin müddəti 6 ay olmaqla, 1 sentyabr 2012-ci il – 01 mart 2013-cü il tarixlərini əhatə edəcək.

Layihə çərçivəsində cənub bölgəsinin Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı rayonlarında müəyyənləşdirilən 10 kənddə (hər birində 2 kənd olmaqla) 13-17 yaş gənclər arasında erkən nikah mövzusunda maarifləndirmə işləri aparılacaq. Həmçinin layihəyə Lənkəranda velosiped yürüşünü təşkil etmək, gənclər arasında inşa müsabiqəsi keçirmək, həmin kəndlərdə yaşayan icma nümayəndələri və təhsil müəssisə nümayəndələri ilə görüşlərin keçirilməsi və s. fəaliyyətlər daxildir.


Əsas məqsəd isə cənub bölgəsində erkən nikah və yaratdığı problemləri ictimaiyyətin diqqətinə çatdırmaq və bu sahədə məsuliyyəti artırmaqdır. Bununla yanaşı yerli icmaları problemi yaradan səbəblərin aradan qaldırılmasına səfərbər etmək də nəzərdə tutulub.
 

Просмотров: 238 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031