Понедельник, 29.04.2024, 04:56
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 5 » Cəlilabadlı fermerlərin kartof problemi
19:28
Cəlilabadlı fermerlərin kartof problemi


Yazın əvvəlindən təbiətin şıltağlığı ilə qarşılaşan cəlilabadlı kartofçular indi də məhsullarını sata bilmirlər.Fermerlərin min bir əziyyətlə becərib ərsəyə gətirdiyi məhsul dəyər-dəyməzə satılır. Fermerlər deyir ki, ilin əvvəlindən havaların quraqlıq keçməsi, nəticədə suvarma üçün əlavə xərclərin çəkilməsi, indi də məhsulu istədikləri qiymətə sata bilməmələri onları xeyli ziyana salıb. Kartof dəyər-dəyməzinə satıldığından, sahələrin çoxundan hələ də məhsul yığılmayıb. Onların sözlərinə görə, kartofun bir kq-ı cəmi 7 qəpiyə satılır ki, bu da onlara sərf eləmir. Rayon Statistika İdarəsindən isə bildirilib ki, bu il Cəlilabadda ötən illə müqayisədə 86 hektar çox olmaqla 5177 hektar sahədə kartof əkilib. Artıq 4140 hektar sahənin kartofu yığılıb ki, bu da 65 min 421 ton məhsul toplanması deməkdir.

Просмотров: 266 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031