Суббота, 04.05.2024, 17:12
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 19 » Cəlilabadda zəncirvari qəzada 3 nəfər yaralanıb
19:17
Cəlilabadda zəncirvari qəzada 3 nəfər yaralanıb


Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 19-da günorta saatlarında Ələt-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb.

 

Rayonun  Uzuntəpə kənd sakini Famil Əlifağa oğlu Ağayev idarə etdiyi "VAZ-2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən  idarəetməni itirərək əks istiqamətdən gələn, həmyerlisi Zəkəriyyə Ağayevin idarə etdiyi "Mercedes” markalı avtomobillə toqquşub. 

 

Toqquşmadan sonra "VAZ-2107” digər Cəlilabad rayon sakini Vüsal Nağıyevin idarə etdiyi eyni markalı avtomobilə çırpılıb. Nəticədə hər 3 avtomobilə ciddi ziyan dəyib, eləcə də sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Просмотров: 267 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031