Воскресенье, 05.05.2024, 01:54
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Январь » 12 » Cəlilabadda yol qəzasında iki nəfər xəsarət alıb
20:37
Cəlilabadda yol qəzasında iki nəfər xəsarət alıb



Cəlilabad. Ağəddin Babayev – APA. Azərbaycanın Cəlilabad rayonunda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Cəlilabad Rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 11-də Ələt – Astara şosesinin 127-ci kilometrliyində - rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini, 1951-ci il təvəllüdlü Habil Cəbrayıl oğlu Babayevin idarə etdiyi "VAZ-2107” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olan Masalı rayon sakini, 1979-cu il təvəllüdlü Heybət Rəşid oğlu Nuriyevin idarə etdiyi "VAZ-21099” markalı avtomobillə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobilə ciddi ziyan dəyməklə sürücülər də müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

İlkin versiya kimi qəzanın "VAZ-21099” markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarına düzgün əməl etməməsi ucbatından baş verdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Просмотров: 244 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2013  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031