Суббота, 27.04.2024, 07:42
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 24 » Cəlilabadda yol qəzasında 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb
09:19
Cəlilabadda yol qəzasında 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb
 
Cəlilabad. Ağəddin Babayev -APA. Azərbaycanın Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 21.00 radələrində Ələt-Astara magistralının 122-ci kilometrliyində, yolun rayonun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Elmar Adil oğlu Ələkbərovun idarə etdiyi "Froland " markalı kiçik tutumlu yük avtomobili Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Masallı rayon sakini, 20 yaşlı Aslan Azər oğlu İsmayılzadənin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

 

Güclü zərbədən "Mercedes"in sürücüsü ilə birlikdə sərnişinləri – Masallının Xıl kənd sakinləri, 1986-cı il təvəllüdlü Cəlal Alim oğlu Məhərrəmov və 1987-ci il təvəllüdlü Zamin Abdulla oğlu Abdulayev aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişiblər.

 

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri tərəfindən onların deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildəki digər 2 sərnişin - Masallı rayon sakinləri Kamran Şükürov və Zamin Nurullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

İkin versiya kimi qəzanın yolun buzlu və sürüşkən olması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq baş vermə səbəbi avtoekspertizanın rəyindən sonra məlum olacaq.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Просмотров: 326 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728