Понедельник, 29.04.2024, 04:40
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 23 » Cəlilabadda yol pölisi reyd keçirib
19:38
Cəlilabadda yol pölisi reyd keçirib



Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə "Piyadalar, diqqətli olun!” adı altında şəhər ərazisində reyd keçiriblər.  APA-nın Cənub bürosunun məlumatına görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan,  o cümlədən keçiddən, piyadalar uçun ayrılmış zolaqdan istifadə etməyən, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxan piyadalar aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub.  DYPB-nin əməkdaşları tərəfindən nəqliyyat vasitəsini vəsiqəsiz idarə edən və təhlükəsizlik kəmərindən istifadə etməyən, həmçinin görməni məhdudlaşdıran, şüşə və plyonkalı avtomobillərin sürücüləri barədə də  "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələri ilə protokollar tərtib edilib, cərimələr kəsilib. 

Просмотров: 233 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930