Понедельник, 06.05.2024, 13:29
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 7 » Cəlilabadda sahibkarlar üçün treninqlər keçirilib
16:47
Cəlilabadda sahibkarlar üçün treninqlər keçirilib


Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı Cəlilabad rayonunda sahibkarlar üçün «Biznes-planların və investisiya layihələrinin hazırlanması» və «Ekoloji təmiz üzüm istehsalının təşkili və inkişafı məsələləri» mövzularında treninqlər keçirilib.

 Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, tədbirdə biznes ideyanın formalaşması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, məhsul istehsalının, satışının və reklamın təşkili və s. barədə iştirakçılara geniş məlumat verilib.

 Treninqdə həmçinin, «2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı», ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsullarını istehsal edən müəssisələrin təşkili qaydaları və s. barədə ətraflı məlumat verilib, «Ekoloji təmiz üzüm istehsalının təşkili və inkişafı məsələləri» mövzusunda təqdimat keçirilib.
Просмотров: 222 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930