Пятница, 19.04.2024, 20:54
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2016 » Август » 11 » Cəlilabadda qədim məbəd aşkarlanıb
18:58
Cəlilabadda qədim məbəd aşkarlanıb

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabad rayonunun Güllütəpə kəndinin ərazisində yerləşən Polutəpə  qədim yaşayış məskənində Qafqazın ən qədim dini məbədi aşkarlanıb. Bu barədəAPA-nın cənub bürosuna Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-Neolit Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tufan Axundov məlumat verib. Onun sözlərinə görə, ərazidə aparılan qazıntılar zamanı  müxtəlif  mədəni təbəqələrdən Neolit dövrünə aid olan xeyli sayda bəzək, məişət, eləcə də əmək alətləri tapılıb. Son qazıntılar zamanı isə arxeoloqlar nəinki Azərbaycanda, eləcə də Qafqazda  ilk dəfə rast gəlinən qədim dini məbədin izinə düşüblər.

 

 

Qədim ibadətgahın mərkəzində dərin çalanın içərisində böyük küp yerləşib. Küpün daxili isə kül ilə doldurulub. Arxeoloji ekspedisiyanın rəhbəri Tufan Axundovun qənaətincə,  kül qalıqları burada dini ayınlərin icra olunması zamanı odundan istifadə olunduğunu göstərir.

 

 

Qazıntıların nəticəsi olaraq ərazidə məbəddən əlavə, bir uşaq, bir böyük qəbri aşkar olunub.

 

 

Qeyd edək ki, 6 hektarlıq ərazini əhatə edən Polutəpə qədim yaşayış məskənində 6-cı mövsümdür ki, arxeoloji qazıntı işləri davam etdirilir. Toplanmış nümunələr AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq.

Просмотров: 236 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2016  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031