Суббота, 04.05.2024, 20:05
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 25 » Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
11:18
Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib


Azərbaycanın Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elmar Quliyevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə martın 23-də saat 16.50 radələrində Ələt-Astara magistralının 134-cü kilometrliyində - Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb.
Lənkəran rayonunun Səpnəkəran kənd sakini, 1980-ci il təvəllüdlü Habil Ümidəli oğlu Əliyevin idarə etdiyi "KamAZ” markalı, 42 BH 386 dövlət nömrə nişanlı yük maşını Cəlilabadın Qarazəncir kənd sakini, 1986-cı il təvəllüdlü Ramiz Rizvan oğlu Zeynalovun idarə etdiyi "Hunday Sonata” markalı, 10 PH 415 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən "Hunday Sonata” istiqamətini dəyişərək magistralın kənarındakı mağazanın qarşısndan keçən Cəlilabadın Qarazəncir kənd sakini, 1987-ci il təvəllüdlü Həmidə Ağayevanı vurmaqla ona ağır bədən xəsarətləri yetirib. H.Ağayeva Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı DİN BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Просмотров: 275 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031