Понедельник, 29.04.2024, 07:22
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 31 » Cəlilabadda Olimpiya İdman Kompleksi istifadəyə verilib
16:38
Cəlilabadda Olimpiya İdman Kompleksi istifadəyə verilib



Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. APA-nın xəbərinə görə, dövlət başçısı Cəlilabad Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış olub.    Gənclər və idman nazirinin müavini İntiqam Babayev komplekslə bağlı Azərbaycan prezidentinə məlumat verib. Bildirilib ki, ən müasir standartlara cavab verən bu idman qurğusu Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilib. İnşasına 2007-ci ildə başlanılan Cəlilabad Olimpiya İdman Kompleksinin ərazisi beş hektardır. Kompleksin qapalı idman salonunun sahəsi 1168 kvadratmetrdir. Burada 712 nəfər mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və idmanın digər növləri üzrə yarışlara baxa biləcək. Qapalı idman salonunda müxtəlif yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. 

Diqqətə çatdırılıb ki, Azərbaycan Atıcılıq Federasiyasının quraşdırdığı pnevmatik tirdə Almaniya istehsalı olan avadanlıqdan istifadə olunub. 

Bildirilib ki, beşzolaqlı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Kompleksdə cüdoçular üçün xüsusi salon fəaliyyət göstərəcək. Taekvondoçuların məşqləri üçün də hərtərəfli şərait var. Dövlətimizin başçısına bildirilib ki, bu Olimpiya İdman Kompleksində də mükəmməl infrastruktur yaradılıb.
Azərbaycan prezidenti kompleksin ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxana ilə də tanış olub. 

Prezident İlham Əliyevə bildirilib ki, ərazidə süni örtüklü futbol meydançası da yaradılıb.
Prezident İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksi ilə yaxından tanış olduqdan sonra burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Azərbaycanın basketbol üzrə milli komandasının üzvü Zaur Paşayev rayonun inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə cəlilabadlılar adından dövlət başçısına minnətdarlığını bildirib. Sonda xatirə şəkli çəkdirilib.
 
Просмотров: 274 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031