Среда, 01.05.2024, 06:55
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 12 » Cəlilabadda oğurluqla məşğul olan mütəşəkkil dəstə tutulub
14:27
Cəlilabadda oğurluqla məşğul olan mütəşəkkil dəstə tutulub

Cəlilabad. Ağəddin Babayev -APA. Cəlilabad rayonunda uzun müddət oğurluqla məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. APA-nın cənub bürosunun məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluqda təqsirli bilinən 2-si qadın olmaqla 6 nəfər saxlanılıb. Saxlanılan şəxslər - Etibar  Şamil oğlu Təhməzov, Yusif  Şəmsəddin oğlu Məmmədov, Zamin Fəxrəddin oğlu Məmmədov, Ramin Mübariz oğlu Məmmədov, Sevda Sadiq qızı Babayeva və Nuranə Mirzəmməd qızı Məmmədova ilkin dindirmə zamanı dəstə şəklində oğurluqla məşğul olduqlarını etiraf ediblər. İstintaqla o da müəyyən edilib ki, peşəkar dəstənin əsas hədəfi kəndlərdəki ticarət obyektləri olub.

Bundan başqa, saxlanılanlar avtomaşınları soyduqlarını da etiraf ediblər. İstintaqın gedişində aşkar olunub ki, dəstə təkcə Cəlilabadda deyil, qonşu Masallı və Biləsuvar rayonlarında da oğurluq ediblər.

Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır. 

Просмотров: 233 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031