Вторник, 07.05.2024, 13:17
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 21 » Cəlilabadda naməlum şəxslər məzar daşlarını oğurlayır
17:32
Cəlilabadda naməlum şəxslər məzar daşlarını oğurlayır


Cəlilabadda Türkelli kəndində naməlum şəxslər məzar daşlarını oğurlayır. Oğurlanan məzar daşları qədimliyi ilə seçilir. Buradakı məkan məzarlıq olmaqla yanaşı Azərbaycanın qədim sirlərini özündə saxlayan tarixi yer də adlandırıla bilər.
 Belə ki, Cəlilabadın Türkelli kənd qəbiristanlığında mövcud olan bir çox belə qəbir daşlarının üzəri mixi yazılar, at və qılınc şəkilləri, eləcə də digər şərti işarələrlə zəngindir. 2008-ci ildə bu qəbir daşlarından daha qiymətli hesab olunanları isə naməlum şəxslər tərəfindən müəmmalı şəkildə oğurlanıb. Daşların hər birinin 400 kq çəkiyə yaxın olduğunu deyən sakinlərin sözlərinə görə, bunu bir yox, bir neçə şəxsin oğurladığı qənaətinə gəlmək olar. Artıq bu hadisədən 4 il keçsə də, məzarlıqda qalan digər daşların başının üstünü yenidən qara buludlar alıb. Kəndlilər deyir ki, qəbiristanlıqda tez-tez naməlum şəxslər peyda olaraq qəbir daşlarını oğurlamağa cəhd edirlər.

Tarixən Türkelli kənd sakinləri tərəfindən müqəddəs hesab olunan qəbir daşlarının mövcud olduğu yerlər onlar tərəfindən ziyarət məkanları hesab olunub. Amma daşların oğurlanması, eləcə də, son dövrlərdə naməlum şəxslərin daşları nəzarətə götürmələri, bir neçəsinin sındırılması kənd sakinlərinin inzibati qaydada müraciət etməsinə də gətirib çıxarıb.

Tarixi qədim dövrlərə söykənən yazılı qəbir daşlarının oğurlanması barəsində Cəlilabad rayon polis şöbəsindən bildirildi ki, fakt üzrə 2009-cu ildən cinayət işi açılıb və kəndlilər tərəfindən şübhəli şəxs hesab olunanların cinayəti sübuta yetirilmədiyi üçün araşdırmalar hələ də davam etdirilir. Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsindən də sözügedən yerdə son günlər baş verən hadisələrdən xəbərdar olduqlarını deyirlər.

Tarixçilərin məlumatına görə, ərazidəki maddi mədəniyyət nümunələri bir çox tarixi dövrləri özündə cəmləşdirir. Onlar arasında həm eramızdan əvvələ, həm də bizim eraya aid olanları da var. 
Просмотров: 244 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031