Понедельник, 06.05.2024, 07:40
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 28 » Cəlilabadda mal-qara oğurluğu ilə məşğul olan rayon sakini yaxalanıb
10:26
Cəlilabadda mal-qara oğurluğu ilə məşğul olan rayon sakini yaxalanıb


Cəlilabad. Ağəddin Babayev – APA. Azərbaycanın Cəlilabad rayonunda mal-qara oğurluğu ilə məşğul olan şəxs zərərsizləşdirilib. Bu barədə APA-nın Cənub bürosuna Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.   Məlumata görə, Cəlilabad şəhər sakini Aqil İsgəndər oğlu Həsənov ona məxsus 5 baş xırda buynuzlu heyvanın oğurlanması barədə polisə ərizə ilə müraciət edib. Vətəndaşın ərizəsinə müvafiq olaraq həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sərhədabad kənd sakini Mahir Eldar oğlu Aslanov şübhəli şəxs qismində saxlanılaraq istintaq orqanlarına təhvil verilib. İlkin dindirmə zamanı verdiyi ifadəsində M.Aslanov A.Həsənova məxsus 5 baş xırda buynuzlu heyvanın oğurladığını boynuna alıb. 
Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
 

Просмотров: 237 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930