Суббота, 04.05.2024, 18:44
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 27 » Cəlilabadda mədəniyyət evində yanğın olub
15:59
Cəlilabadda mədəniyyət evində yanğın olub


Azərbaycanın Cəlilabad rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosunua verilən  məlumata görə, hadisə bu gün səhər saatlarında  rayonun Günəşli kəndində fəaliyyət göstərən kənd mədəniyyət evinə məxsus iki mərtəbəli binada qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə  2 yanğınsöndürən maşın cəlb olunub və onların səyləri ilə yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə, kənd mədəniyyət evinə məxsus 220 kv.metrlik ikimərtəbəli binanın bir otağı istisna olmaqla,  qalan hissəsi tamamilə yanaraq yararsiz vəziyyətə düşüb. Hadisə xəsarətsiz ötüşməyib. Yanğın söndürülən zaman Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsininin əməkdaşı, 28 yaşlı Şəmi Mürşüd oğlu Əliyev aldığı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə təciuli olaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
     lkin versiya kimi yanğına elektrik naqillərində baş verən qısaqapanmanın səbəb  olduğu ehtimal edilir.
     Faktla bağlı Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

 

Просмотров: 270 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031