Вторник, 07.05.2024, 14:02
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 3 » Cəlilabadda gənc oğlan özünü asıb
13:28
Cəlilabadda gənc oğlan özünü asıb



Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Bu barədə  Cəlilabad Rayon Prokurorluğunun müstəntiqi Telman Əhmədov məlumat verib.  

O bildirib ki, hadisə rayonun Muğan kəndində Ağayevlər ailəsində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Rauf Mirzəcamal oğlu Ağayev ötən gecə saat 2-3 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilinin tavan hissəsində özünü kəndirlə asıb. Mərhumun meyiti səhər saatlarında ailə üzvləri tərəfindən aşkar edilib.

Bildirilib ki, Raufun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Ailədə iki oğuldan böyüyü olan mərhum subay idi.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Просмотров: 322 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031