Суббота, 04.05.2024, 13:36
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 3 » Cəlilabadda fərdi evdə güclü yanğın olub
21:57
Cəlilabadda fərdi evdə güclü yanğın olub


Cəlilabad. Ağəddin Babayev – APA. Azərbaycanın Cəlilabad rayonunda güclü yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 3-də saat 16.30 radələrində rayonun Sarxanlı kənd sakini, 1955-ci il təvəllüdlü Xəzəngül Qurban qızı Həsənovaya məxsus fərdi yaşayış evində qeydə alınıb.

 

Yanğının lokallaşdırılması üçün hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri ilə güclü alov dalğasının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

 

Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 92 kv.m olan ikimərtəbəli, 6 otaqlı ev içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yarasız vəziyyətə düşüb.

 

İlkin versiya kimi yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu güman edilir. Yanğının dəqiq səbəbi isə ekspertizanın rəyindən sonra bəlli olacaq.

 

Faktla bağlı araşdırma aparılır.

Просмотров: 273 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031