Вторник, 07.05.2024, 19:59
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 11 » Cəlilabadda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb
14:18
Cəlilabadda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb


Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib.


Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə avqustun 10-da axşam saatlarında Cəlilabad-Sərhədabad şose yolunun 3 –cü kilometrliyində qeydə alınıb.    Kənddən rayon istiqamətində hərəkətdə olan "VAZ-2107” markalı avtomaşınla qarşı tərəfdən gələn "Mersedes” markalı avtomobil toqquşub. Zərbə çox güclü olduğundan "VAZ-2107” iki hissəyə parçalanıb. Avtomobilin sürücüsü, Cəlilabad rayonun Abasallı kənd sakini Rəhman Hüseynov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. "Mersedes”in sürücüsü, Cəlilabadın Şabanlı kənd sakini, 23 yaşlı Elnur İbrahimovla "VAZ-2107”-nin sərnişini ağır vəziyyətdə Cəlilabad Daqnostika Mərkəzinə yerləşdirilib. Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
 
Просмотров: 253 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031