Понедельник, 06.05.2024, 07:21
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 20 » Cəlilabadda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 6 nəfər yaralanıb
09:02
Cəlilabadda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 6 nəfər yaralanıb


Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabad rayonu ərazisində ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə sentyabrın 19-da saat 22 radələrində Ələt-Astara magistralının 138-ci kilometrliyində - rayonun broyler-quşçuluq fabrikinin yaxınlığında qeydə alınıb.

Qəza sürücülərin şəxsiyyətləri hələlik məlum olmayan "Mercedes”, "VAZ-21012” və "VAZ-2104” markalı avtomobillərin zəncirvarı toqquşması nəticəsində baş verib. Avtomobillərdə olan 2 nəfər hadisə yerində ölüb. Daha bir nəfər xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Müalicə Diaqnostika Mərkəzinə, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına və Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
 
Просмотров: 282 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930