Среда, 01.05.2024, 09:29
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 13 » Cəlilabadda 2 başlı, 7 ayaqlı, 2 quyruqlu buzov doğulub
22:43
Cəlilabadda 2 başlı, 7 ayaqlı, 2 quyruqlu buzov doğulub
 
Azərbaycanın Cəlilabad rayonunda anomal hadisə baş verib. APA-nın cənub bürosunun məlumatına görə,  hadisə rayonun Sabirabad kəndində qeydə alınıb. Kənd sakini Zahir Şahbazova məxsus fərdi təsərrüfatdakı inəklərdən biri 2 başı, 7 ayağı və 2 quyruğu olan buzov doğub. Buzovun həmçinin 3 bədənli olması, eləcə də cinsiyyətinin yoxluğu diqqət çəkən məqamlardan olub. Buzov doğulandan cəmi  bir neçə dəqiqə sonra ölüb.

Anomal hadisə təkcə inəyin sahibi Zahir Şahbazovu deyil, eləcə də mütəxəssisləri heyrətləndirib. Onlar belə bir hadisə ilə ilk dəfə rastlaşdıqlarını bildiriblər.

Təsərrüfat sahibi Zahir Şahbazovun dediyinə görə, inək bundan əvvəl 3 bala verib və  onların hamısı sağlam doğulub. Mütəxəssislər isə dölün  belə anormal inkişaf etməsini heyvanların öz törəmələrindən olan əks cinslə  cütləşməsi ilə əlaqələndiriblər.

Просмотров: 414 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031