Вторник, 07.05.2024, 00:41
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Октябрь » 3 » Cəlilabad və Masallı rayonlarında piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat qəzaları olub
16:18
Cəlilabad və Masallı rayonlarında piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat qəzaları olub



Lənkəran. Ağəddin Babayev – APA. Oktyabrın 2-də Cəlilabad və Masallı rayonlarında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, Cəlilabad rayonunda baş verən hadisə saat 12.00 radələrində qeydə alınıb. Rayonun Göytəpə şəhər sakini, Taleh Şirinov idarə etdiyi "QAZ-53” markalı yük maşını ilə yolu keçmək istəyən piyada, Bakı şəhər sakini Azər Səfərovu vurub. A.Səfərov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Digər yol qəza hadisəsi isə Masallıda gecə saat 23.00 radələrində qeydə alınıb. Rayonun İsgəndərli kənd sakini Fərid Rəhmanov idarə etdiyi "VAZ-2101”  markalı avtomobillə yolu keçmək istəyən piyada, Masallı sakini Röyalə Səfərlini vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə R.Səfərli hadisə yerində dünyasını dəyişib.

Hər iki faktla bağlı müvafiq araşdırmalar aparılır.

Просмотров: 249 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Октябрь 2012  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031