Вторник, 23.04.2024, 18:02
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 31 » Cəlilabad sakini həyat yoldaşının gözü qarşısında bıçaqlanıb
13:17
Cəlilabad sakini həyat yoldaşının gözü qarşısında bıçaqlanıb
 
Cəlilabad. Ağəddin Babayev -APA. Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Qızının ad gününə hazırlaşan Göytəpə  şəhər sakini, 38 yaşlı Mirqoşqar Mürsəlov həyat yoldaşı ilə mağazadan bazarlıq edib evə qayıdarkən bir neçə şəxs tərəfindən döyülərək bıçaqlanıb. Yaxınlarının köməyi ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılan M. Mürsəlova ilk tibbi yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Cəlilabad Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, faktla bağlı hələlik heç kim saxlanmasa da, M. Mürsəlova xəsarət yetirmiş şəxslərin kimliyi artıq məlumdur.

Onların istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Просмотров: 276 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031