Среда, 01.05.2024, 10:26
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 7 » Cəlilabad sakini həmyerlisini bıçaqlayıb
19:47
Cəlilabad sakini həmyerlisini bıçaqlayıb

Cəlilabad. Ağəddin Babayev -APA. Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 7-də günorta saatlarında Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Cəlilabad şəhər sakini, 26 yaşlı Mansur Vəliyev şəxsi münaqişə zəminində 23 yaşlı həmyerlisi Bəyazit Ağayevə baş nahiyəsindən taxta parçası ilə, daha sonra bədəninin müxtəlif yerlərinə bıçaqla bir neçə bıçaq zərbəsi endirməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Törətdiyi əməldən sonra Mansur hadisə yerindən qaçaraq gizlənib. Yaralı ətrafdakı şəxslərin müdaxiləsi ilə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada cərrahiyyə əməliyyatı olunan Bəyazitin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

Faktla bağlı artıq Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb və hadisəni törədərək qaçan Mansur Vəliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

Просмотров: 236 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031