Воскресенье, 28.04.2024, 19:02
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Декабрь » 9 » Cəlilabad şəhər sakini bacanağını bıçaqlayıb
15:59
Cəlilabad şəhər sakini bacanağını bıçaqlayıb

Astara. Ağəddin Babayev - APA. Azərbaycanın Astara şəhərində bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 23.00 radələrində şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Cəlilabad şəhər sakini Əfsər İsayev şəxsi münaqişə zəminində bacanağı Ehtiram Hüseynova bıçaqla ağır bədən xəsarəti yetirib. Döş qəfəsindən yaralanmış E .Hüseynov yaxınları tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, hazırda vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisəni törətmiş Əfsər İsayev isə saxlanılaraq istintaq orqanlarına təhvil verilib. İlkin versiya kimi hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

 

Faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Просмотров: 250 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031