Понедельник, 29.04.2024, 08:50
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 30 » Cəlilabad rayonunda atəşpərəstlik dövrünə aid maddi-mədəniyyət nümunələri tapılıb
13:44
Cəlilabad rayonunda atəşpərəstlik dövrünə aid maddi-mədəniyyət nümunələri tapılıb


Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun cənub-şərqi Azərbaycanın arxeolji tədqiq ekspediyasının mütəxəssisləri Cəlilabad rayonunda arxeoloji qazıntılar apararkən  atəşpərəstlik dövrünə aid  maddi-mədəniyyət nümunələri  tapıblar. APA-nın Cənub bürosunun məlumatına görə, bu nümunələr rayonun Seyidbazar kəndində Qaraağaclı bulaq adlanan təpədə aşkarlanıb.  

    Qazıntı işlərinin aparıldığı 20 kvadrat metrlik ərazidə saxsı materialdan düzəldilmiş beş sənduqə tipli qəbirlərin üzərindəki  insanların astroloji inamlarını əks etdirən günəş, ulduz təsvirləri adamı heyrətə gətirir. Ekspediya qrupunun rəisi, tarix elmləri namizədi  Abuzər Ələkbərovun tapıntı ilə bağlı jurnalistlərə verdiyi açıqlamasında bu qəbirlərin erkən orta əsrlər dövrünə, yəni III-V əsrlərə aid olduğu bildirilib. "Saxsı qəbirlərin üzərində atəşpərəstlik inanclarının əlamətləri açıq-aydın müşahidə olunur.  Daha maraq doğuran cəhət isə bu qəbirlərin içinin boş olmasından ibarətdir. Bu isə onu sübut edir ki, atəşpərəstlik adət-ənənələrinə görə vəfat etmiş şəxsin nəşini yandıraraq külünü qəbirlərə qoymaqla dəfn edərlərmiş.”

     Yaxın vaxtlarda Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən  ərazidə tədqiqat işləri yenidən davam etdiriləcək. 

Просмотров: 275 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031