Среда, 08.05.2024, 00:13
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 24 » Bu il Masallıya 12 min turist gəlib
20:33
Bu il Masallıya 12 min turist gəlib


Bu ilin yay mövsümündə Masallı rayonunda istirahət edən turistlərin sayı ötən illə müqayisədə artıb. Bu barədə  Masallı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Lətifə Mövsümova məlumat verib.

O bildirib ki, turist axınının artmasına səbəb rayonun füsunkar təbiəti, dadlı və ləziz mətbəxi, turistlərə göstərilən yüksək xidmətlərdir.

Turistlərin əksəriyyəti Bakı şəhərindən və ölkənin digər bölgələrindən ailəvi istirahətə gələnlərdir. Rayonda lisenziya ilə fəaliyyət göstərən 26 turizm və istirahət mərkəzi gün ərzində 1200 turist qəbul edə bilir.
 
L.Mövsumovanın sözlərinə görə, burada turistlərin mənalı istirahət etmələri üçün hər cür şərait yaradılıb.
 
"Turistlərə 3 marşrut üzrə xidmətlər təklif olunur. Buraya rayonun təbiəti, görməli yerləri, zəngin flora və faunası və tarixi abidələri daxildir. Rayonda müasir tipli mehmanxanaların inşa edilməsi, koteclərin Talış meşələrinin və Viləş çayına yaxın ərazidə yerləşməsi turistləri daha çox cəlb edir”.

Ötən il rayona gələn turistlərin sayı 16 min 500 nəfər təşkil edib ki, bunun 607 nəfəri xarici turistlərdir.

Bu ilin 7 ayı ərzində isə Masallının turizm obyektlərinə və istirahət mərkəzlərinə gələn turistlərin sayı 12 min nəfər olub.
 

Просмотров: 245 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031