Понедельник, 06.05.2024, 12:32
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 4 » Bu il Astara rayonundan 162 məzun respublikanın ali məktəblərinə qəbul olunub
19:05
Bu il Astara rayonundan 162 məzun respublikanın ali məktəblərinə qəbul olunub


Bu il Astara rayonundan 336 məzun respublikanın müxtəlif  ali məktəblərinə qəbul imtahanlari vermək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edib. Onlardan 162 nəfəri ali məktəblərə qəbul olunub.  Tələbə adını qazananlardan 5 nəfəri 600, 16 nəfəri isə 500-dən yuxarı bal toplayıb. APA-nın Cənub bürosunun xəbərinə  görə, bu məlumat sentyabrın 4-də Astara şəhərində 2011-2012-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş təhsil işçilərinin ənənəvi konfransında Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədovanın hesabat məruzəsində səslənib. Rayon üzrə fəaliyyət göstərən 63 ümumtəhsil müəssisəsində 16 min 576 şagirdin oxuduğunu diqqətə çatdıran şöbə müdiri 2011-2012-ci dərs ilində XI sinifi bitirən 1038 şagirddən 733 nəfərinin attestat, IX sinifi bitirmiş 1601 şagirdən 1057 nəfərinin isə təhsil haqqında şəhadətnamə aldığını bildirib.

Yığıncaqda qeyd olunub ki, ötən tədris ilində "İlin ən yaxşı müəllimi” adına layiq görülən rayonun Kijabə qəsəbə orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Azər Kişiyev 5 min manat pul mükafatı alıb.

"Regionların sosial-iqtisadi inkişafına dair (2009-2013-cü illər) Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərə müvafiq olaraq 2012-ci ildə Astara rayonunda 11 yeni məktəb binasının tikintisinə başlanıb. Onlardan 360 şagird yerlik Astara şəhər 7 nömrəli tam orta məktəbinin binası "Bilik günü” istifadəyə veriləcək.

Просмотров: 223 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930